Hörmətli Adnan Oktarın yeni şərhləri (29 noyabr 2013; 13:30)

HÖRMƏTLİ ADNAN OKTARIN NƏBƏ SURƏSİ VƏ MÜRSƏLAT SURƏSİNDƏN AYƏ İZAHLARI

 

 

Nəbə surəsi, 1-2-ci ayələr

“Onlar nə barədə bir-birindən soruşurlar? O böyük xəbərimi?”

Burada qiyamətə işarə etməklə birlikdə qiyamət əlamətlərinə də işarə olduğu aydın olur. “Onlar nə barədə bir-birindən soruşurlar?Hal-hazırda nəyi soruşuruq? “Qiyamət nə vaxt qopa bilər? Hz. Mehdi (ə.s) gəldimi? Gəldisə haradadır? İsa Məsih (ə.s) gəldimi? Gəldisə haradadır?” davamlı bu suallar gündəmdə tutulur. “O böyük xəbərimi?” İslam Birliyi də böyük xəbərdir, qiyamət də böyük xəbərdir. İsa Məsih (ə.s)-ın enişi də, hz. Mehdi (ə.s)-ın çıxışı da böyük xəbərdir.

Nəbə surəsi, 3-cü ayə

“Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar”.

İsa Məsih (ə.s) və hz. Mehdi (ə.s) mövzusunda insanlar ixtilafdadırlar. Bəzisi “Gələcək” -deyir. Bəzisi “Gəlməyəcək” -deyir. Əlamətlərin hamısı çıxmış olmasına baxmayaraq hələ də “Gəlməyəcək” -deyir. Yüzlərlə əlamətin hamısı çıxdısa sən istədiyin qədər “Gəlməyəcək” de. Gözlənilən bir avtomobil vardır, bütün ehtişamıyla gəlir. Görərsən, səsini eşidərsən. İstədiyin qədər “Gəlməyəcək” de. Artıq gəlib.

Allah ayədə: “Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar” -deyir. Bədiüzzaman qiyamətlə əlaqədar, qiyamətin qopması “Yaxındır” -deyir. Amma bəzi kəslər “Qiyamət bir milyon il sonra qopacaq” -deyir. Bir başqası “Üç yüz il sonra qopacaq” -deyir. Əslində hər an qopa bilər. Amma Bədiüzzamanın sözünün doğru olduğuna inanırıq. Qiyamətin qopma tarixi hicri 1545-dir, (Doğrusunu Allah bilir.)

Nəbə surəsi, 4-cü ayə

“Xeyr; yaxında biləcəklər”.

Nəyi biləcəklər? Hz. Mehdi (ə.s)-ın, İsa Məsih (ə.s)-ın çıxışını, İslam Birliyini, qiyaməti.

Mürsəlat surəsi, 28-29-cu ayələr

Qiyaməti yalan sayanların o Gün vay halına! Onlara belə deyiləcək: “Gedin yalan hesab etdiyiniz Cəhənnəmə!

Allah, “İnkar edirdiniz. İndi o əzabı dadın” -deyir.

Mürsəlat surəsi, 30-cu ayə

“Üç qola ayrılan kölgəliyə gedin!”

Üç qola ayrılmış; bir, iki, üç. Axirətdə üç dənə nəhəng kölgəlik vardır.

Mürsəlat surəsi, 31-ci ayə

“Ora nə kölgə salır, nə də alovdan qoruyur”.

Heç bir şəkildə xilas ola bilmirlər. Kölgədə də xilas ola bilməz, alovdan da xilas ola bilməz.

Mürsəlat surəsi, 32-ci ayə

“Cəhənnəm hərəsi hündür imarət həcmində qığılcımlar püskürür”.

Orada cəhənnəmin görünüşü mələklərə başqa cür, küfrə bir başqa cür görünər. Qığılcımlar mələklərə saray kimi görünür. Allah xüsusilə söyləmiş. Ona qığılcım, alov olaraq görünən şey, orada olan mələyə saray kimi görünür.

Mürsəlat surəsi, 33-cü ayə

“Hər biri, sanki sarı dəvələr kimidir”.

Məsələn alov bəzəkli erkək dəvə sürüləri kimi də görünür. Amma küfrə alov olaraq görünür.

Mürsəlat surəsi, 34-35-ci ayələr

O gün, yalanlayanların vay halına. Bu, onların danışa bilməyəcəkləri bir gündür.

Çünki danışacaq halı qalmır. Onsuz da fiziki şərtlərdən halı qalmır. Bir də yalan danışsa yalanı dərhal ortaya çıxır.

Mürsəlat surəsi, 36-cı ayə

Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir.

Çünki buraxsan boş-boş danışar. Çox uzun uzadı izah edər. Allah müsəlmanları narahat etməmək üçün danışmalarına icazə vermir. Çünki demaqoqluğa vərdiş etdiyi üçün, uzun-uzadı danışar. Allah onları danışdırmadan birbaşa cəhənnəmə atır.

Mürsəlat surəsi, 37-ci ayə

O gün, yalanlayanların vay halına.

Məsələn saxtakar insanlar dünyada sözü uzatdıqca uzadar. Haqsız olduğu halda saxtakarlıq edər. Bu da müsəlmanı narahat edər. Açıq aşkar yalan danışır. Axirətdə də bu xasiyyətlərindən imtina etmirlər, orda da davam edir. Onun üçün Allah onlara; Bu, onların danışa bilməyəcəkləri bir gündür. Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir” -deyir. İcazə verilmir.



DEVAMINI GÖSTER