Hörmətli Adnan Oktarın yeni şərhləri (5 aprel 2014; 23:00)

HÖRMƏTLİ ADNAN OKTARIN ALİ İMRAN SURƏSİNDƏN AYƏ İZAHLARI

 

Ali İmran surəsi 40-41-ci ayələr

 

O dedi: “Ey Rəbbim! Qocalıq məni haqladığı vaxt, zövcəm də sonsuz ikən mənim necə oğlum ola bilər?” Allah dedi: “Allah beləcə istədiyini edər”.

O dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət təyin et”. Allah dedi: “Sənin əlamətin, üç gün insanlarla ancaq işarə ilə danışmaq olacaqdır. Həmin vaxtda Rəbbini çox yad et və səhər-axşam Onun şəninə təriflər de!”

ZəkəriyaEy Rəbbim! Mənim üçün bir əlamət ver” -deyir. Niyə? “O dedi: “Ey Rəbbim! Qocalıq məni haqladığı vaxt, zövcəm də sonsuz ikən mənim necə oğlum ola bilər?” Allah dedi: “Allah beləcə istədiyini edər””. Amma bax, nə deyir?Ey Rəbbim! Mənim üçün bir əlamət ver”. Demək ki, müsəlman Allahdan işarə gözləməyi islami rəftar olaraq mənimsəməlidir. Məsələn “Mən bu səfərə çıxımmı?” “Bunu edimmi?” “Bunu belə edimmi?” “Bunlar Qurana uyğundurmu?” Yəni islama, Allahın razılığına uyğun bir hərəkətdirmi deyə düşünməlidir. Amma düşünərkən Allahdan işarə gözləməlidir. “Sənin əlamətin, üç gün insanlarla ancaq işarə ilə danışmaq olacaqdır. Həmin vaxtda Rəbbini çox yad et və səhər-axşam Onun şəninə təriflər de!” Demək ki, bəzən insanın danışmamağı lazımdır. Yəni danışdıqda bəzən başını dərdə sala bilər. Allah: “Rəbbini çox yad et -deyir.



DEVAMINI GÖSTER