Hörmətli Adnan Oktarın yeni şərhləri (7 sentyabr 2013; 10:30)

HARAMA GİRMƏK DÖZÜLMƏZ BİR ƏZABDIR, MÖMİNİN EDƏ BİLƏCƏYİ BİR ŞEY DEYİL

Haramda mömin narahat olar, haram iflic edər mömini, gücü çatmaz. Amma ağlı zəifdirsə, imanı zəifdirsə adam haramı fərq etməz. Əti artıq ağırlaşmış, ölmüş, sümüyü ölmüş, laqeydləşmiş olar. Halbuki haram insanı çox sıxan bir şeydir. Haram mömini parçalayar. Həm haram olduğunu bilməsi, həm də harama girməsi mümkün deyil. Amma iman zəifliyində bədən iflic olduğuna görə, ət çürüdüyü üçün təsirlənmir. Rahat-rahat harama girər. Amma bir ölü olaraq harama girər, diri ikən harama girmək mümkün deyil. Ancaq ölü kimi harama girə bilər bir insan. Dirinin gücü çatmaz, dözülməz bir əzabdır. Möminin edə biləcəyi bir şey deyil.

 

 

TÖVRATDAN ÇOX İSTİFADƏ ETMƏK LAZIM

 

Tövratdan istifadə etməmək ağıllı hərəkət deyil. Düzdür, Tövratda təhrif edilmiş çox yer var, amma təhrif edilməmiş yerlərindən çox istifadə edilə bilər. Məsələn, musəvilər Tövratı çox oxuyarlar, çox düşünərlər Tövrat üzərində. Ona görə çox ağıllı millətdir, düşünmək zəkanı müdhiş inkişaf etdirər. Gecə-gündüz kitab oxuduqlarına görə, Tövratı çox oxuduqlarına görə çoxunun gözləri zəifdir musəvilərin. Həmişə də oxuyub düşünərlər. Onlarda bir də şifahi Tövrat var, yəni dildən-dilə keçən Tövrat, o, çox əhəmiyyətlidir, onu hər kəsə demirlər. Onu əldə etmək də vacibdir. Məsələn, Tövratda Mehdi (ə.s) dövründə, Məsih dövründə hz. Süleyman (ə.s)-ın məscidinin təmir ediləcəyi deyilir. “Məscid təmir edildikdən sonra orada qurban kəsiləcək, qurbanlar orada qızardılacaq” -deyilir. Kabab bişiriləcək. “Qoxusu Jerichoya qədər gedəcək” -deyilir. Jericho çox uzaq bir yerdir. Bu, sevginin, elmin, əxlaqın oralara qədər yayılacağı mənasını verir şifahi Tövratda. Oradakı ruhun, oradakı sevgi anlayışının oraya qədər yayılacağı mənasındadır. Düz oxuyan bunu bu şəkildə anlayır, amma şifahi Tövratı bilən bilir onun bu məna verdiyini, inşaAllah.

 

HÖRMƏTLİ ADNAN OKTARIN TÖVRATDAN İZAHLARI

 

“Sən də mənə belə xəyanət etdin, ey İsrail xalqı!” Belə deyir RƏBB. Allah, İsrailin Ona xəyanət edəcəyini deyir, çox təhdid edir İsraili. “Amma xalqımızsınız, sizi qoruyacağam, bağışlayacağam” -deyir. Zənn edirlər ki, sırf musəvilərə lənət var. Amma elə deyil. Lənətləmə, dini tətbiq etməyən hər kəsə var. Müşriklərə də, fasiq müsəlmana da lənət var. Məsələn, “Davud və İsa, diliylə lənətləmişdir” -deyilir. Düzdür, amma bu lənət günahsız uşaqları, günahsız insanları əhatə edən bir lənət deyil, bu hərəkəti edənləri əhatə edən bir lənətdir.

Tövratda Yeşeya Hissəsi: “Çünki bu göylər tüstü kimi dağılacaq” -qiyamətin necə olacağını ifadə edir. “Geyim kimi köhnələcək yer üzü” -deyilir, həqiqətən hal-hazırda bütün binalar, hər yer köhnəlib. Roma, Fransa köhnəlib, məsələn Bebekə gedirəm bütün binalar köhnəlib, Etilərə gedirəm bütün binalar köhnəlib, çox dayanıqsız bir görünüşü var. “Orada yaşayanlar ağcaqanad kimi öləcək”. Yəni hamısı, bir anda öləcək. “Amma mənim qurtuluşum sonsuz olacaq”. Yəni möminlər qurtulacaq və sonsuza qədər cənnətdə olacaqlar. Sonsuz necə olar? Cənnətlə olar. “Zəfərimin ardı kəsilməyəcək”. Burada müsəlmanlara müjdə var. “İnsanların alçaltmalarından qorxmayın” -deyir ardında. Deməli, mehdiyyət, müsəlmanlar təhqir ediləcəklər, onlara böhtanlar atılacaqdır. Mömin bundan təsirlənməməlidir, qorxmamalıdır. “Qorxmayın söyüşlərindən”. İnternetdə, başqa yerlərdə həmişə küfr edirlər, təhqir edirlər. Amma bax nə deyilir Tövratda: “Qorxmayın söyüşlərindən”. Bəzi Yəhudi yoldaşlara baxıram, dərhal qorxurlar. Biri bir şey deyən kimi qorxur. Yersiz bir qorxaqlıqdır.

 

HÖRMƏTLİ ADNAN OKTARIN TÖVBƏ SURƏSİ VƏ TUR SURƏSİNDƏN AYƏ İZAHLARI

 

Tövbə surəsi, 48-ci ayə

 

“Onlar əvvəllər də fitnəkarlıq etməyə çalışmış və sənin əleyhinə hiylələr qurmuşdular. Axır ki, haqq yerini tapdı və onlar istəmədikləri halda Allahın hökmü qələbə çaldı”.

“Onlar əvvəllər də fitnəkarlıq etməyə çalışmış və sənin əleyhinə hiylələr qurmuşdular...” İndi də belədir, həmişə müsəlmanlara qarşı pis adamlar hiylə qurarlar, alçaqlıq etmək istəyərlər, təhdid edərlər. Əfqanıstanda da, Misirdə də və başqa yerlərdə də belədir. Müsəlman məzlum olduğu müddətcə bu, belə olar. Amma zalıma qarşı qoçuluq etmirlər. Məsələn, Suriya Rusiyaya qarşı heç bir şəkildə qoçuluq etmir. Çünki Rusiyanın gücündən qorxur. Baxıb görürlər ki, müsəlmanlar fağırdır dərhal asıb-kəsirlər. Misirdə də belədir.

 

 

Tövbə surəsi, 57-ci ayə

 

Əgər onlar bir sığınacaq və ya daldalanmaq üçün mağaralar yaxud gizlənməyə bir deşik tapsaydılar, ləngimədən ora yönələrdilər”.

Bir yerə iş açmaq, bir yerə bəla olmaq, bu cür zəli xüsusiyyətlərinə, bu cür gənə xüsusiyyətlərinə diqqət çəkir ayə. Zəngindirsə, imkanı vardırsa, yeyib-içmək üçün yer varsa gedər, başlarına bəla olar.

 

 

Tövbə surəsi, 58-ci ayə

 

“Onlardan elələri də var ki, sədəqələrlə bağlı sənə nöqsan tuturlar. Bundan onlara bir şey çatsa, razı qalar, bir şey çatmasa, dərhal qəzəblənərlər”.

 

“Onlardan elələri də var ki, sədəqələrlə bağlı sənə nöqsan tuturlar. Bundan onlara bir şey çatsa, razı qalar...” Yalnız sədəqə deyil, ev də ola bilər, avtomobil də ola bilər və yaxud evlənmək də ola bilər. Olsa məmnun qalar, olmazsa bəla olar. “Bir şey çatmasa, dərhal qəzəblənərlər”.

Ya çəkib vurar, ya yandırar, yıxar və yaxud kindarlıq edər, sui-qəsd etmək istəyər. Məhz bu əxlaqsızlığa Allah diqqət çəkir Quranda.

 

 

Tövbə surəsi, 59-cu ayə

 

“Kaş ki, onlar Allahın və Onun Elçisinin onlara verdiyinə razı qalıb: “Allah bizə yetər. Allah da bizə Öz lütfündən verəcək, Onun Elçisi də. Həqiqətən də, biz Allaha rəğbət bəsləyirik”– deyəydilər”.

“Kaş ki, onlar Allahın və Onun Elçisinin onlara verdiyinə razı qalıb...” -yəni Allaha təvəkkül etsəydilər, Allaha təslim olsaydılar, Allahın onları qədərdə yaratdığı imkana qane olsaydılar –“və: “Allah bizə yetər. Allah da bizə Öz lütfündən verəcək...” Əvvəl nə deyir? “Allah bizə yetər”. Nə pul, nə də başqa şey. Yuxusuzluqdan da ölməz. “Allah bizə yetər” -deyir. Bu, həmişə ümidli olmaqdır. “Allah da bizə Öz lütfündən verəcək”. Biz nə deyirik? Müsəlman olduğumuz üçün “Bizə Mehdi (ə.s)-ı verəcək, bizə İsa Məsihi verəcək, bizə əmin-amanlığı, hüzuru verəcək” -deyirik. “Onun Elçisi də” -yəni Mehdi (ə.s) da bu nemətləri bizə təqdim edəcəyini deyir. Hz. İsa (ə.s)-ın və Mehdi (ə.s)-ın bizə gözəlliklər təqdim edəcəyinə inanırıq. “Həqiqətən də, biz Allaha rəğbət bəsləyirik”- deyəydilər”. Ona ram olmaq, ona bağlanmaq yəni hirsli olmamaq... Məsələn, biz burada danışırıq, bundan pul qazanmırıq. Əksinə üstündə pul veririk təbliğ etmək üçün. Amma din xadimləri əvəzinə pul alırlar. Biz isə, Allahı izah edə bilmək, dini sevdirmək üçün üstündə pul veririk.

 

Tövbə surəsi, 60-cı ayə

 

Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri İslam dininə isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah Biləndir, Müdrikdir”.

 

“Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara... məxsusdur” -deyir Allah. Məhz İslamda ictimai ədaləti əmr edən açıq hökmlər, ayələrdir. Sədəqə ürəkdən gəldiyi qədər, məsələn yüz kasıb varsa, doyurmazsansa qəlbin necə fərahlana bilər? Deməli, müsəlman bol-bol paylamalıdır.

 

Tövbə surəsi, 65-ci ayə

 

“Onlardan soruşsan, deyərlər: “Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!” De: “Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz?”

Mövhumatçılıqda Müsəlmanlığa lağ etmək, cənnətə, cəhənnəmə lağ etmək əsasdır. Mütləq cənnətlə, cəhənnəmlə, mələklərlə, Cəbrayıl (ə.s)-la əlaqədar zarafatlar edərlər. Mütləq dinlə əlaqədar lağ edərlər. Bunları arada xəbərdar etmək lazımdır, bu çox çirkin bir şeydir.

 
 

Tövbə surəsi, 67-ci ayə

 

Münafiq kişilər və münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar insanları pis işlər görməyə vadar edir, yaxşı əməllərə qadağa qoyur və xəsislik göstərirlər. Onlar Allahı unutdular. Allah da onları unutdu. Həqiqətən, münafiqlər günahkardırlar”.

 

“Münafiq kişilər və münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar insanları pis işlər görməyə vadar edir, yaxşı əməllərə qadağa qoyur...” Yəni, mütləq pislik etmək istəyərlər, yaxşılığı qadağa edərlər. Münafiq pisliyi əmr edərkən necə əmr edir? Daha anasından doğulmadan əmr edir. Ledün elmidir. Daha anasından doğulmadan yaxşılığa qadağa qoyur. “Xəsislik göstərirlər...” Daha anasından doğulmadan xəsis olarlar. Ancaq başqasını soymaq istəyərlər. Öz əli çox bərk olar. “Onlar Allahı unutdular. Allah da onları unutdu. Həqiqətən, münafiqlər günahkardırlar”. Həmişə səbəb nə olur? Allahı unutmaq. “Allah da onları unutdu” -deyir. Unutmuş kimi pərişan olarlar. Unudulmuş bir insana çevirir Allah.
 

Tövbə surəsi, 70-ci ayə

 

“Məgər onlara özlərindən əvvəlkilərin – Nuh, Ad və Səmud camaatının, İbrahim qövmünün, Mədyən əhalisinin və alt-üst edilmiş kəndin (Lut tayfasının) xəbərləri gəlib çatmayıbdır?...”

Bax, dünyanın hər yerini Allah bir-birinə qatır. Məsələn, indi Suriya, başqa vaxt İraq idi. Bir qövm bir bəlaya layiq olmadan bəla gəlməz. Nə İslamı təbliğ edirlər, nə dini yayırlar, dünyaya dalırlar. Ancaq qoyasan küncləri dolaşsın, evlənsin, uşağı olsun, onları da evləndirsin, sonra nəvələrini evləndirsin, törəsin. Qardaşım, sən tarakansan yoxsa insan? Allaha, dinə, kitaba xidmətin haradadır sənin? Vətənə, millətə, dövlətə, bayrağa xidmətin haradadır sənin? Heç bir şey onu maraqlandırmaz, sırf kefi, zövqü, dünyasıdır. Belə bir baş olmaz, çox böyük vicdansızlıqdır. Biz dünyaya Allaha qul olmaq üçün gəlirik, gözəl əxlaqı yaşamağa gəlirik, vəfanı yaşamağa gəlirik. Allaha, Kitaba, dinə, vətənə, millətə xidmət etməyə gəlirik. Küncləri dolaşmağa, tarakan kimi törəməyə gəlmirik. Düzdür, insanın uşağı ola bilər, amma Allah rizası üçün olar, Allaha həsr etsən olar. Allah üçün yaşasan olar. Yoxsa bir mənası olmaz.

 

Tur surəsi, 1-12-ci ayələr

 

“Tura (dağa) and olsun. And olsun (sətir-sətir) yazılmış Kitaba”. Deməli kitab çox əhəmiyyətlidir. İnternet yoxsa kitab? Kitab çox həyatidir.

 

“Nazik dəri üzərində (olan Kitaba)!” Burada Tövrata da diqqət çəkilir. Çünki Tövrat dəri üzərinə yazılırdı. Amma ən məqbul yazının incə dəri üzərinə olacağına işarə edir Quran. Çünki pozulmur, uzun müddət qalır və çox rahat olur. Kağız çox asan cırılar, yanar, amma dəri çox möhkəmdir.

 

“And olsun Beytulməmura! And olsun yüksək tavana!

Deməli gözəl ev nemətdir. Alçaq evlər həqiqətən insanı narahat edər. Tavan yüksək olarsa insan rahatlayar.

 

“And olsun alovlanan (qabaran) dənizə!” Qiyamət başladıqda dəniz qabarar. Quru yer hərəkət etdiyi üçün dənizdəki su genişlənər, dəniz qabarar, yüksələr və alovlanar. Çünki maqma altdan çölə çıxar, fışqırar. Böyük maqma sütunları suyla qarışaraq göyə qalxmağa başlayar.

 

“Rəbbinin əzabı hökmən vaqe olacaqdır. Heç nə onun qarşısını ala bilməz”. Qiyamətin.

 

“O gün göy şiddətlə sarsılacaq”. Deməli zəlzələ olacaq. Amma çox möhkəm zəlzələ olacaq.

 

“Dağlar da hərəkətə gələcəkdir”. Qiyamət başladığı üçün, zərbənin sürəti ilə, gücü ilə dağlar hərəkət edər maqmanın üstündə.

 

“O gün vay halına (haqqı) yalan sayanların!” Qəbzlər, sənədlər, evlənmək üçün aparılan intriqalar, oyunlar, hirs, törəmək üçün göstərilən səylər onların hamısı mənasız olacaq.

 

“O kəslərin ki, yalan bataqlığında əylənirlər...” Yəni, dünya təlaşı, dünya işləri... Dünya işi Allah üçün olsa qiymətli olar. Dünya işi Allah üçün olmazsa bir mənası olmaz. Axirəti məqsəd qoyaraq Allah rizası üçün edilsə faydası olar.



DEVAMINI GÖSTER