Təkamülçülərin etirafları- Nils Eldric, Devid Roup

Nils Eldric (Harvard Universitetindən amerikalı bioloq, paleontoloq. Stiven C. Quldla birlikdə sıçrayışlı təkamül nəzəriyyəsini irəli sürmüşdür. Amerika Təbiət Tarixi Muzeyinin Onurğasızlar Paleontologiyası şöbəsində rəhbər olmuşdur):

“Təxminən 600 milyon il əvvəl başlayıb haradasa 10-15 milyon il davam etməklə, günümüzdəki dənizlərdə hələ də məskunlaşan heyvan növlərinin böyük bir qisminin bilinən ilk nümayəndələri çox ani bir surətdə ortaya çıxdı. Bu müddəti uzadılmış "hadisə" süxur qeydlərində özünü qrafik surətdə büruzə verir: bütün dünyada, təxminən eyni vaxtda asanlıqla aşkar edilən fosillərdən kasad olan qalın qaya təbəqələrinin üstü qabıqlı onurğasızların- trilobitlər, çiyinayaqlılar, molyuskaların növbənöv silsiləsini sərgiləyən çöküntülərlə örtülüb. Əvvəlində heç bir şey yox ikən, zəngin və müxtəlif fosil qeydlərinin bu cür ani inkişafına yaradılışçılar xüsusi əhəmiyyət verdilər. Həqiqətən də, müxtəlif və yaxşı qorunmuş qalıqlardan ibarət silsilənin birdən meydana gəlməsi… fövqəladə bir intellektual meydan oxumaya yol açmaqdadır. “
[Niles Eldredge The Monkey Business: A Scientist Looks at Creationism, Washington Square Press, New York, 1982, səh.44]

Devid Roup (Harvard və Çikaqo universitetlərindən geologiya professoru, paleontoloq olan və Cons Hopkins, Roçester Universitetlərində, Kaliforniya Texnologiya İnstitutunda elmi işçi olmuşdur. Paleontologiya Cəmiyyətinin iki medalı ilə təltif edilmişdir):

“Fosil qeydləri Darvini çaşdırmışdı… Düzdür, biz indi Darvindən təxminən 120 il sonrasındayıq və fosil qeydləri haqqındakı məlumat böyük ölçüdə artmışdır. İndi əlimizdə milyonun dörddə biri qədər fosil növ var, ancaq vəziyyət çox da dəyişməmişdir. Təkamül qeydi, hələ də, gözlənilməz formada qırıq-qırıqdır və, kinayəli şəkildə, əlimizdə hətta Darvinin vaxtındakından da az təkamüli keçid forma var. Bununla demək istədiyim, fosil qeydlərindəki darvinist dəyişikliyin bəzi klassik nümunələri, məsələn, Şimali Amerikadakı atın təkamülü kimi, daha ətraflı məlumatlar nəticəsində atılmalı, ya da dəyişdirilməli olmuşdur…“
[David M. Raup, Conflicts Between Darwin and Paleontology, Field Museum of Natural History, Vol. 50, No. 1, Yanvar 1979, səh. 25]



DEVAMINI GÖSTER