Yaşlılıq

İnsanların çoxu həyatda gündəlik işlərə qapılaraq yaşayırlar.
Bu işlərlə məşğul olarkən zaman sürətlə axıb gedir. 
Günlər, aylar, illər bir göz qırpımında keçir.
Zamanla birlikdə insan sürətlə yaşlanır.
Amma insanlar nədənsə bu həqiqətə etinasız yanaşırlar. Sanki heç yaşlanmayacaqlarını düşünürlər. Halbuki heç bitməyəcəkmiş kimi düşünülən gənclik illəri çox qısadır. 
Demək olar ki, hər kəs bir gün yaşlanacağını bilir. Amma gənc bir insan bu mövzunu hər zaman özündən uzaq görür.
Bir gün yaşlı, gücsüz və aciz insan olmağı qəbul edə bilmir.
Bu şəkillərdə gördüyünüz iki gənc gözəl üzə, təmiz dəriyə və parlaq dişlərə sahibdir. Ancaq əhəmiyyətli bir xüsus da var. Bu şəkillər 1955-ci ildə çəkilib. Bu cütlük şəkillərin çəkildiyi tarixdə bir gün yaşlanacaqlarını böyük ehtimalla ağıllarından belə keçirməmişdilər. Ancaq bu gün o dövrdən təxminən əlli il keçib və şəkildəki gənclik və gözəllikdən əsər-əlamət qalmayıb. Zaman hər şeyi məhvə məruz qoyur. Bu, dünyanın qanunudur.
Məsələn, şirin, dadlı və xoş ətirli portağal zamanla çürüyür.
Bir alma qısa müddətdə xarab olur.
İnsan gözəlliyinin yox olması da çox asandır.
İnsan gözəlliyinin ən əhəmiyyətli ünsürü olan dəri illər keçdikcə elastikliyini itirir, incəlir və sallanır. Gənclik illərində parlaq və hamar olan dəri yaşlılıqla bərabər qırışır. 
Quru torpaq kimi bütün canlılığını itirir. 
Saçlar ağarır və tökülür. 
Bədəndəki hər orqan yaşlılığın gətirdiyi çöküntüdən nəsibini alır... 
Məsələn, burun və qulaq zamanla sallanır...
İnsanın təkcə xarici görünüşü deyil, duyğuları da yaşlanır. Sinir hüceyrələrində yenilənmə olmadığı üçün yaş artdıqca insanın bütün duyğularında müəyyən itki meydana gəlir. İnsan yaşlandıqca daha az görməyə, daha az eşitməyə başlayır.
Yaşlı insanlarda görülən bu hallar dünya həyatının keçiciliyinə açıq nümunədir.
Gənclik illərində fiziki gözəlliyi ilə bütün dünyanı özünə heyran qoymuş şöhrətli insanlar, sənətçilər, kino ulduzları və ya siyasətçilər yaşlılıq dövründə daha çox fərqli olurlar. Güc və gözəlliklərini tamamilə itirirlər.
Məsələn, güc və çevikliyi ilə şöhrət qazanan idmançılar yaşlananda əl-ayağını çətin idarə edən insanlar ola bilirlər.
Burada gənc və yaşlı hallarını gördüyünüz məşhurlar dünya həyatının keçiciliyinə dair nümunələrdir.
Bir gün sizin də dəriniz məhz belə olacaq və güzgüyə baxdığınızda məhz buna bənzər görüntü ilə qarşılaşacaqsınız.



DEVAMINI GÖSTER

Bu əsər ilə əlaqədar digər çeşidlər