Hz. Mehdi (ə.s.)-ın tələbələrinin üstün xüsusiyyətləri 8-ci hissə

Hz. Mehdi (ə.s.)-ın tələbələrinin üstün xüsusiyyətləri

8- ci hissə

Hz. Mehdi (ə.s.)-ın tələbələri seçilmiş kəslər olacaqlar

Hz. Mehdi (ə.s.)-ın tələbələri, yaşadıqları cəmiyyətdə son dərəcə seçilmiş kəslər olacaqlar.

Hz. Mehdi (ə.s.)-ın köməkçiləri ZADƏGAN VƏ TƏHSİLLİ OLACAQLAR. (El-Melahim ve el Fitan, səhifə: 205)

Bir başqa hədisdə hz. Mehdi (ə.s.)-ın yanına həddindən çox adamın gələcəyinə, ancaq bu kəslərin böyük əksəriyyətinin ələnəcəyinə də diqqət çəkilmişdir. Çünki hz. Mehdi (ə.s.) çox fədakarlıq tələb edəcək, çətin bir elmi mübarizə içində olacaq. Bu mühitdə hz. Mehdi (ə.s.)-ın tələbələri təbii olaraq ələnəcəklər və çox az sayda seçilmiş adamdan ibarət olacaqlar.

Onun yanına gələnlər qaçınılmaz olaraq SEÇİLƏCƏKLƏR, AYRILACAQLAR VƏ ƏLƏNİLƏCƏKLƏR. BÖYÜK ƏKSƏRİYYƏTİ BU SEÇMƏDƏN KEÇƏ BİLMƏYƏCƏK. (Gaybet'ül Numanı, Hissə 12, səhifə 299)

Əbu Basar deyər ki: İmam Məhəmməd Baqir belə buyurdu: "... TƏMİZLƏNƏCƏK VƏ AYIRD EDİLƏCƏK, BELƏ Kİ, İÇLƏRİNDƏ FİTNƏLƏRİN ƏSLA ZƏRƏR VERMƏDİYİ BİR BİRLİK QALACAQ." (Gaybet-i Numanı, səh. 245)

 

Hz. Mehdi (ə.s.)-ın tələbələri bir-birlərinə çox oxşayacaq, kənardan baxanlar onları qardaş zənn edəcəklər

"Onları görür kimiyəm; EYNİ RƏNG, EYNİ BOY, ÜZLƏRİ EYNİ VƏ PALTARLARI DA EYNİ… olaraq həzrəti Mehdi (ə.s.)-a beyət edərlər." (İbn Tavus, el-Melahimu ve’l-Fiten, səh.122)

ADNAN OKTAR: "Onları görür kimiyəm." Hədis. "Eyni rəng, eyni boy, üzləri eyni, paltarları da eyni olaraq, hz. Mehdi (ə.s.)-a beyət edərlər." Tələbələrə baxdınmı bir-birlərinə çox bənzəyirlər. Ümumiyyətlə, həmişə belə keyfiyyətli, seçmə, "bir-birinə bənzəyən gənclərdən meydana gələcək" deyir Peyğəmbərimiz (s.ə.v.). Baxdınmı məsələn -qız olsun, kişi olsun- "Qardaşsınızmı siz?". "Bu bənzərlik necə olur?" kimi bir vəziyyət olacağını söyləyir Peyğəmbərimiz (s.ə.v), "o qədər çox bənzəyəcəklər" deyir." (20 Noyabr 2010, Kahramanmaraş Aksu və Qaziantep Olay TV)

 

Hz. Mehdi (ə.s.) və tələbələri çox ağıllı olmaları və qəşəng geyimləri ilə diqqət çəkəcəklər

"Şərq tərəfindən gələn və DAHİLİK SAHİBLƏRİ (ÇOX AĞILLI, ANLAYIŞLI və GENİŞ FİKİRLİ) OLDUQLARI HALDA, PALTARLARINA İNSANLARIN TƏƏCCÜB ETDİKLƏRİ (heyranlıqla baxdıqları) kəslərin zühur etdiyini eşitdiyinizdə, elə həmin zaman şübhəsiz, qiyamətin kölgəsi üzərinizə düşmüşdür." (Nuaym bin Hammad Kitab-ul Fiten-121)

Hədisdə Peyğəmbərimiz (s.ə.v.), "dahilik sahibləri" ifadəsiylə, hz. Mehdi (ə.s.) və tələbələrinin zəka və anlayış olaraq bir insanın çatacağı son nöqtəyə çatmış, yüksək ağıllı insanlar olduqlarına diqqət çəkmişdir. Həmçinin, hədisdə; Hz. Mehdi (ə.s.) və tələbələrinin; öz dövrlərində yaşayan digər müsəlmanların ənənəvi geyim tərzlərindən fərqli, təmiz gözəl və qəşəng bir geyim üslublarının olduğu da ifadə edilir.



DEVAMINI GÖSTER

Bu əsər ilə əlaqədar digər çeşidlər