Baş vermiş qiyamət əlamətləri - 4-cü hissə

1. BAZARLARIN YAXIN OLMASI

Bazarlar bir-birinə yaxın olmadıqca Qiyamət qopmaz. (Mecmeu’z-Zevaid, 7/327)
Son dövrlərdə böyük ticarət mərkəzlərinin sayı artıb. Bununla da hədisdə bildirilən bazarların yaxınlaşması hadisəsi reallaşıb. Bundan əlavə, internet vasitəsilə birbaşa evdən alış-verişin asanlaşması da bu hədisin digər əlamətidir.

2- BOŞANMALARIN ÇOXALMASI

Boşanmaların çoxalması Qiyamət əlamətlərindəndir. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 455)

3- SAXTA PEYĞƏMBƏRLƏRİN ÇOXALMASI

Allah'ın rəsulu olduğunu iddia edən OTUZA YAXIN YALANÇI göndərilmədikcə Qiyamət qopmaz. (Tirmizi, Fiten 43; Əbu Davud, Melahim 16)

4- ULDUZ FALINA İNANANANLAR VƏ QƏDƏRİN İNKAR EDİLMƏSİ

Axırzamanda ən çox narahat olduğum şey ümmətimin ulduzlara inanması, qədəri inkar etməsidir. (Ramuz-El Ehadis, 1/1540)

5- DÜNYANI XAOS VƏ İĞTİŞAŞLARIN BÜRÜMƏSİ

Dünyada hərc-mərclik, FİTNƏLƏR baş alıb getdikdə, yollar kəsildikdə, bəziləri bəzilərinə hücum etdikdə… (Muhammed B. Resul Al-Hüseyni El Berzenci Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 454) 

Rəsulullah (səv) belə buyurub: “Məndən sonra FİTNƏLƏR OLACAQ. Orada TERROR VƏ MÜHARİBƏLƏR baş verəcək. Sonra bunlardan daha ŞİDDƏTLİ FİTNƏLƏR olacaq. Elə ki, (fitnələrin) sona çatdığı deyildi, yeni ÜSYANLAR BAŞLAYACAQ. Ta ki, nəslimdən bir nəfər (hz.Mehdi) çıxana qədər...” (Mer'iy b. Yusuf b. Ebibekir b. Ahmet b. Yusuf el-Makdi'si, Feraidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar; Beklenen Mehdi, səh.147)

6- CİNAYƏTLƏRİN ARTMASI

CİNAYƏTLƏR ARTMADIQCA Qiyamət qopmaz. (Ölüm Kıyamet ve Diriliş, səh. 468)

7- CƏMİYYƏTDƏ SEVGİSİZLİK 

İmam Cəfər Sadiq belə buyurdu:"Bir-birinizin üzünə tüpürdüyünüz zaman bu zühur (hz.Mehdinin çıxışı) olacaq. Elə ki, bir-birinizi lənətləyəcəksiniz, hətta bir-birinizi yalançı adlandıracaqsınız". (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, səh. 241)

8- İNSANLARIN ÖZ BACI-QARDAŞINI ÖLDÜRMƏSİ

İNSANLAR ÖZ BACI-QARDAŞINI ÖLDÜRMƏDİKCƏ Qiyamət qopmaz. (Kıyamet Alametleri, səh. 141)



DEVAMINI GÖSTER