Göbələklər

Bir çay qaşığı torpaqda 2.5 kilometr uzunluğunda göbələk olur. Göbələklər, əsasən, qaranlıqda və nəmli mühitdə çoxalır. Soyuq mühit göbələyin çoxalması üçün əlverişli olmasa da, onları donduraraq öldürmək də mümkün olmur. Soyuqda sanki qış yuxusuna gedir və hərəkətsiz qalaraq isti havaların gəlməsini gözləyirlər.

İnsan bədənində 90 növ parazit göbələk var. Bunların birqismi xəstəlik törətmir. Göbələklərfunksiya və xüsusiyyətlərinə görəkif və mayaformasındaolur. Fermentasiya prosesində istifadə edilən maya göbələkləri, dərman və qida sənayesində istifadə edilən kif göbələkləri, əslində, xəstəlik törədərək bitki və heyvanların ölümünə səbəb olan göbələklərin fərqli növləridir. 

Göbələkdünyada olduqca geniş sahəyə yayılmış canlıdır. Belə ki, Oreqon Ştatının universitetindən Elaine İngham meşədən götürülən bir çay qaşığı torpaqdakı bütün göbələk liflərinin uc-uca bağlandıqda 1.5 milə qədər yayıla bildiyini və həmin qaşıqda olan bakteriyalardan 4000 dəfə ağır olduğunu hesablamışdır. Nəmli meşələrdə isə bir çay qaşığında olan göbələklərin uzunluğu 65 km-ə, hətta 650 km-ə qədər arta bilir. Göbələklərin yer üzündə bu formada yayılması canlılığın mövcud olması üçün olduqca mühümdür.

Təbiətdəki müxtəliflik Allah’ın yaratma sənətinin mükəmməliyini bizlərə göstərir. Quranın bir ayəsində belə buyurulur:

O Allah Rəbbinizdir. O’ndan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaradan O’dur. Buna görə də yalnız O’na ibadət edin. O, hər şeyə vəkildir. (Ənam surəsi, 102)



DEVAMINI GÖSTER

Bu əsər ilə əlaqədar digər çeşidlər