Hadisələr və insanlar - İslam alimləri və müasir elmin mənşəyi

Əl-Kindi, Eynşteyndən 1100 il əvvəl, yəni 800-cü ildə nisbilik nəzəriyyəsi ilə məşğul olmuşdur. Əl-Kindi belə demişdir:
"Zaman cismin mövcudluq müddətidir, zamanla təyin olunan və ölçülən sürət və yavaşlıq da hərəkətin nəticəsidir. Məkan, zaman və hərəkət bir-birindən asılıdır, göyə qalxdıqca insan ağacı kiçik görür, endikdə isə böyük görür".
İslam alimlərindən Cabir ibn Xəyyan kimyəvi maddələri 4 qrupa ayırmışdır: uçucu maddələr, uçucu olmayan maddələr, yanmayan maddələr və mədənlər.
Cabir ibn Xəyyanın bu tədqiqatı müasir kimyanın banisi sayılan Antuan Lavuazyeyə yol göstərmişdir.
Tibb və əczaçılıq üzrə İbn Sina və Zəkəriyyə əl-Razi kimi alimlər insan anatomiyası və bir çox xəstəliklərin müalicəsinə aid yeni izahlar vermişdir. Tarix və coğrafiya sahələrində isə əl-İdrisi, əl-Həməvi, ət-Təbəri və bir çox İslam alimləri mühüm elmi nailiyyətlər əldə etmişlər.
11-ci əsrdə İbn əl-Heysəm xüsusilə optika sahəsini yenidən qurmuşdur. "Kitab əl-Mənazir" (Optika kitabı) adlı əsərində gözün quruluşu, optik illüziya, ilğım, perspektiv, işığın sınması və kamera-obskuradan (qaranlıq otaq) bəhs etmiş və belə kameradan tərs görüntü alınacağını bildirmişdir. Əl-Xarəzmi ərəb rəqəmlərinə sıfırı daxil edərək hazırda istifadə etdiyimiz onluq say sisteminin rəqəmlərini yaratmışdır.
Dəqiq elmlərdə təcrübədən keçməyən məlumatları əsassız hesab edən Əhməd əl-Fərqani yerin paralelləri arasındakı məsafəsini və dünyanın oxunun meyilliyini dəqiq hesablamışdır.
Avropa orta əsrlərin zülmətini yaşadığı bir dövrdə İslam dünyası zəngin elmi irs formalaşdırmışdır.
Tibb, cəbr, həndəsə və hətta sosiologiya dünyada ilk dəfə İslam ölkələrində sistemli şəkildə təkmilləşdirilmişdir.
Müsəlmanların yüksək elmi nailiyyətlərinə Quranın üstün hikmətləri vəsilə olmuşdur.
Bu hikmətlər dünyanı araşdırmağa və Allah'ın üstün yaratma sənətini görməyə səbəb olur.
Allah Quranda tolerantlığı və açıqfikirliliyi tövsiyə etməklə müsəlmanlarla digər topluluqlar arasında heç bir sərhəd və ya əngəl qoymamışdır. 
Bu sərbəstlik müsəlmanların bütün ictimai-mədəni sərhədləri aşaraq dünyaya daha ağıllı yanaşmalarına və ən uzaq ölkədəki elmi nailiyyətlərdən faydalanmağa imkan yaratmışdır. 
Bəşəriyyəti zülmətdən nura çıxaran tək rəhbərin İslamın mənbəyi Quran olduğu heç vaxt unudulmamalıdır.

(Bu) mübarək kitabı, (insanların) onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik. (Sad surəsi, 29)



DEVAMINI GÖSTER