Kenquru bədənindəki möcüzəvi xüsusiyyətlər

Yeni doğulmuş kenquru balası lobya dənəsi böyüklüyündə olur və ayaqları hələ yeni inkişaf etməyə başlayır. Balalar doğulduqda kor olurlar. Çünki kenquru balaları ana bətnində inkişafını tamamlamadan dünyaya gəlirlər. Buna görə də ananın bədənində hazırlanmış tüklü kisə balalar üçün mühüm qorunma yeridir. Bala böyüdükcə bu kisə də genişlənir. Kisənin girişində balanın düşməyinin qarşısını alan xüsusi əzələlər vardır. Ana kenquru suya girdiyi zaman da bu əzələlər vasitəsilə suyun içəriyə dolmasının qarşısı alınır. 
Kenquruların südü balaların tələbatına uyğun xüsusiyyətdə olur. Südün tərkibindəki yağ və digər birləşmələr balanın böyüməsinə və ehtiyaclarına uyğun olaraq dəyişir. 
İlk bala süd əmərkən yeni doğulan ikinci bala üçün də asan həzm olunan süd verilməyə başlayır. Üçüncü bala dünyaya gəldikdə isə ananın orqanizmi fərqli tərkibə malik üç cür süd növü istehsal edilir. Hər bala onun üçün hazırlanan südü asanlıqla tapır. 
Bu qidalanma sisteminin xüsusi bir yaradılış nümunəsi olduğu açıqdır. Ana kenqurunun bu prosesləri şüurlu şəkildə tənzimləməsi qeyri-mümkündür. Bədənində üç müxtəlif növdə süd olduğundan (xəbəri belə yoxdur) heç xəbəri də yoxdur. Bu qeyri-adi proses kenqurunun yaradılışındakı mükəmməllikdən qaynaqlanır:

... De: “Hər şeyi yaradan Allah’dır. O təkdir, qalib gələndir.”(Rad surəsi, 16)



DEVAMINI GÖSTER