Şəfa mənbəyi: bal

Bal bir çox şəfalı xüsusiyyətlərə malikdir. Balın faydalarını ümumiləşdirərək bu cür sadalaya bilərik:
Asanlıqla həzm olunur. Bağırsaqların və böyrəklərin fəaliyyətinə kömək edir. Sürətlə qana qarışır. Güclü enerji mənbəyidir. Balı ilıq su ilə qarışdırdıqda 7 dəqiqə ərzində qana qarışır. Tərkibində sərbəst şəkərlər olduğu üçün beyinin fəaliyyətinə müsbət təsir göstərir. Fruktoza və qlükoza kimi sadə şəkərlərin təbii qarışığıdır. 
Bal qanın yaranması üçün bədənə lazım olan enerjinin mühüm bir hissəsini təmin edir. Həmçinin qanın təmizlənməsinə və qan dövranının yaxşılaşmasına kömək edir. Damar sərtliyinə qarşı mühüm bir qoruyucudur.

Antibakterial təsirə malikdir. Həmçinin bal mühüm bir antioksidantdır. Antioksidantlar hüceyrələrdə maddələr mübadiləsinin lazımsız məhsullarını təmizləyən komponentlərdir. Mütəxəssislər antioksidantlar baxımından zəngin olan qidaların ürək-damar xəstəliklərinin və xərçəngin qarşısını aldığına inanırlar.
Bal vitamin və mineral mənbəyidir. Tərkibində fruktoza və qlükoza kimi şəkərlərlə yanaşı, maqnezium, kalium, kalsium, natrium-xlorid, kükürd, dəmir və fosfor kimi minerallar da vardır. Həmçinin bal B1, B2, C, B6, B5 və B3 vitaminləri ilə də zəngindir. Tərkibində az miqdarda mis, yod, dəmir və sink də vardır. Baldan yaraların müalicəsində də istifadə olunur. 

Bu məlumatlardan da aydın olduğu kimi bal olduqca yüksək şəfaverici təsirə malik qidadır. Şübhəsiz ki, bu, sonsuz qüdrət sahibi olan Allahın insanlara lütfü və Quranın möcüzələrindən biridir.


Rəbbin bal arısına belə vəhy etdi: "Dağlarda, ağaclarda və onların qurduğu çardaqlarda özünə evlər tik. Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə asanlaşdırdığı yollarla get! Onların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!" (Nəhl surəsi, 68-69)



DEVAMINI GÖSTER