İman edən alimlər - Maykl Faradey, Mehdi Gülşəni

Maykl Faradey (Michael Faraday 1791-1857)
Öz dövrünün dahi fiziki Maykl Faradey elektrik və maqnetizmin öyrənilməsində vacib rol oynamışdır. Maykl Faradey fizikadan əlavə kimyanı da xeyli zənginləşdirmişdir.
O, Allah’a inanan bir alim idi və hesab edirdi ki, elm və din harmoniyada olmalıdır. Alim düşünürdü ki, dünyanı Yaradan tək olduğu üçün təbiətdə hər şey vahid tamın hissəsidir. Maykl Faradey bu prinsipə əsaslanaraq elektrikin və maqnetizmin bir-biri ilə əlaqəli olması qənaətinə gəldi. 
Mənbə: (Einstein, Science, Philosophy, And Religion: A Symposium, 1941, ch. 13) 

Mehdi Gülşəni (Mehdi Golshani)
Tehran Universitetinin fizika professoru Mehdi Gülşəni “Newsweek” jurnalına müsahibəsində etiqad və elmi tədqiqatların dinlə vəhdəti haqqında belə deyirdi:
“Təbiət hadisələri Allah’ın kainatdakı varlığının izləridir. Onları öyrənmək dini borcumuzdur. Quranda insanlara buyurulur: “Yer üzündə gəzin və görün ki, Biz sizi necə yaratmışıq”. Tədqiqat aparmaq ibadətdir, çünki onun gedişatında İlahi yaradılışın mükəmməlliyi daha da aydın olur". (Newsweek, 20 Temmuz 1998, s. 49)



DEVAMINI GÖSTER