İman edən alimlər - Professor Conatan Uelz, Professor Andro Sinovayivi

Dünya şöhrətli fizioloq Andro Sinovayivi 1925-ci ildən 1946-cı ilə qədər Şimal-Qərb Universitetinin (North Western University) fiziologiya və farmakologiya bölmələrinin rəhbəri olmuşdur. O, 1946-1953-cü illərdə Cenevrə Universitetinin tibb fakültəsinin dekanı vəzifəsində çalışmış, daha sonra isə Çikaqo Universitetində fiziologiya professoru olaraq fəaliyyətini davam etdirmişdir. “Kainatı yaradan bir Yaradıcı varmı?” sualına, “Bəli, mən Onun varlığına inanıram!” deyə cavab verən Andro Sinovayivi Allah’a olan inancını belə ifadə etmişdir:
“Mən Allah`ın varlığına öz mövcudluğuma, əlimlə toxunduğum əşyaların reallığına inandığım kimi inanıram. Şübhəsiz ki, Allah’a olan inanc dünya barədə düşünmək və onda məna tapmağın əsas və yeganə yoludur. Allah’ın varlığına iman gətirmək insanı ona maddə və enerji yığını kimi baxmaqdan daha çox dəyərli edir. İman sevginin ən əsas mənbəyidir”.
Mənbə: John Clover Monsma, The Evidence Of God In Expanding Universe (“Genişlənən kainatda Allah'ın varlıq dəlilləri”, s. 274)

Professor Conatan Uelz (Prof. Jonathan Wells)
Conatan Uelz Yel Universitetinin (Yale University) ilahiyyat professoru, həmçinin Berkli Universitetinin molekulyar biologiya və sitologiya üzrə professorudur. Uelz “Çarlz Hocun darvinizm tənqidi” (“Charles Hodge's Critique of Darwinism") adlı kitabın müəllifidir. Alim düşünür ki, elmdəki son yeniliklər canlıların dizayn məhsulu olduqlarını, yaradıldıqlarını sübut edir.
Mənbə: William A. Dembski, Mere Creation, Science, Faith & Intelligent Design, s. 464



DEVAMINI GÖSTER